Logo

ADPU-da filialın məzunu olmuş məktəb direktorları ilə  görüş keçirilib

24.07.2021 22:55 1412 baxış
IMG

23 iyul 2021-ci il tarixində ADPU-nun Quba filialının 30 illik yubileyi çərçivəsində hazırlanmış tədbirlər planına uyğun olaraq filialın tanınmış məzunları ilə görüş keçirilib.

 

Görüşdə filialın direktoru dosent Yusif Alıyev, Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Xaçmaz rayonu F.Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin direktoru Abdulla Məmmədov,Şabran rayon Qələgah kənd ümumi məktəbinin direktoru Aslanova Pərvanə , Şabran rayon Hacı Əliyev adına Dağbilici kənd tam orta məktəbinin direktor əvəzi Sirac Orucov və digərləri ilə görüşlər keçirilib.Görüşdə həmçinin filialın direktor köməkçisi Mürvət Əliyev,  Pedaqoji fakültəsinin dekanı f.f.d.Qələmşah İdrisov, İKT şöbəsinin müdiri Yusif Abayev və digər strukturlar iştirak edib.Tədbiri giriş sözü ilə açan dosent Yusif Alıyev qeyd edib ki, ADPU-nun Quba filialının məzunları artıq ölkənin hər yerində müxtəlif strukturlarda rəhbər vəzifələrdə çalışaraq filialın adını uca edirlər, bu günki görüşün də məhz məktəb direktoru olan məzunlarımızla olması onu deməyə əsas verir ki, artıq filialımızın məzunları ölkənin təhsil siyasətinin həyata keçirilməsində, təhsil quruculuğu sahəsində, idarəetmədə mükəmməl formada təhsil müddətində aldıqları  bilik, bacarıqlarından istifadə edirlər, məhz bizlər də belə məzunlarımızla fəxr edirik. Bundan sonra da vurğulayıb ki, bu məktəb rəhbərləri ilə əməkdaşlığa da maraqlıyıq, daha sonra filialın tarixi və son dövrlərdə əldə edilən uğur və yeniliklərdən, təhsil göstəriciləri yüksək olan tələbələrin filialı seçməsindən danışmış, filialın statistik göstəriciləri haqqında məlumat vermişdir.Filialda yeni yaradılan ixtisaslar, qəbul plan yerlərinin 295-ə çatdırılması, magistr adını qazanan məzunlarımızda ötən illərlə müqayisədə fərqin olması haqqında da məlumat vermişdir.

 

Çıxış edən Zamin Həziyev filiala gələrkən rastlaşdığı mühitdən, Vətən müharibəsi qəhrəmanlarına, qazilərə, iştirakçılara filial rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı haqqında danışıb, görülən işlərin sosial şəbəkələr üzərindən izləməklə doğma təhsil ocağındakı yeniliklərdən qürur duyduğunu diqqətə çatdırıb.Burada görülən işlərdən bəhrələnərək öz çalışdığı orta məktəbdə də tətbiq etdiyini deyib, daha sonra başda dosent Yyusif Alıyev olmaqla bütün kollektivi Cocuq Mərcanlı kənd tam orta məktəbinə dəvət edib.Və sonda da qeyd edib, ki filialın uğurları ilə bağlı hər çıxış etdiyimiz tədbirdə böyük qürur hissi ilə danışır, filialı təbliğ edirik.Daha sonra çıxış edən Pərvanə xanım Aslanova dəvət üçün dosent Yusif Alıyevə təşəkkür edib, bildirib ki, 2008-ci ildə buranı Fərqlənmə ilə bitirib.Bu gün yenidən ali təhsil aldığı məkanda olmaq və buranın uğurları, yenlikləri ilə qaşılaşmaq, burada fəxri qonaq qismində iştirak etmək olduqca qürurvericidir.daha sonra çıxış edən Abdulla Məmmədov, Sirac Orucov da dəvət üçün təşəkkür etmiş, təhsilin inkişafında regionda yerləşən ali təhsil ocağının əhəmiyyıtini vurğulamış, gənclərin bu ali məktəblə həyata öz sağlam və müstəqil addım atmalarındakı müstəsna xidmətlərini diqqətə çatdırmış və qeyd etmişlər ki, onlar da məzunları filialı seçmələri üçün maarifləndirirlər.Daha sonra çıxış edən Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov filialda görülən işlərin direktor dosent Yusif Alıyevin göstərdiyi xidmətlərin nəticəsi olduğunu, və bütün bunları təqdir edərək görülən işlərin bölgədə təhsilin inkişafı üçün atılan mütərəqqi addımlar kimi qeyd edib, Yusif Alıyevə təşəkkür edib, sonda şeir səsləndirib.Çıxış edən filialın İKT şöbəsinin müdiri Yusif Abayev də  bildirib ki,  direktor dosent Yusif Alıyevin idarəetmədə yaratdığı sağlam mühitin nəticəsi olaraq bütün kollektivin iş prinsipində uğurlu nəticələr əldə edilib, artıq hər kəs vəzifə və səlahiyyətləri çərçivəsində addımlar atır,  bu nəticələrin də filialın gələcək məqsədli və təhsil sahəsində qazanılacaq uğurların göstəricisi olduğunu bildirib.

 

Sonda məzunlarla birlikdə filialda həyata keçirilən dəyişikliklərlə tanış olunub, xatirə şəkli çəkilib.

Xəbər lenti